Millimizin üzvü 90 dəqiqə oynadı

Millimizin üzvü 90 dəqiqə oynadı

Millimizin futbolçusu Riçard Almeydanın şərəfini qoruduğu "Baniyas" klubu Birləşmiş Ərəb Əmirlikləri çempionatında növbəti oyuna çıxıb.

Qol.az xəbər verir ki, komanda 17-ci turda doğma meydanda "Şabab Al-Ahli" ilə qarşılaşıb və 0:1 hesabl ilə uduzub. Almeyda start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.

Qeyd edək ki, hazırda 20 xalı olan "Baniyas" 9-cu pillədə qərarlaşıb.

Mənbə: qol.az