Mourinyodan Keyn və Son barədə sevindirici xəbər

Mourinyodan Keyn və Son barədə sevindirici xəbər

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo komandanın zədəli futbolçuları Harri Keyn və Hın Min Sonun son durumları haqda danışıb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, hər iki hücumçunun gözləniləndən tez yaşıl meydanlara qayıda biləcəyini deyib:

"Harri gözləniləndən tez sağalır. Bu durum mənə onun bu mövsüm 1,2,3,4 və ya 5 matç oynaya biləcəyinə ümid verir. Sonun da vəziyyəti eynidir. Mövsüm bitmədən onun və Keynin birgə oynayacağını xəyal belə edə bilmirəm. Amma bu, mümkün ola bilər".

Mənbə: qol.az