Bundesliqada 24-cü tura 6 qolluq heç-heçə ilə start verilib

Bundesliqada 24-cü tura 6 qolluq heç-heçə ilə start verilib

Futbol üzrə Almaniya Bundesliqasında 24-cü tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında Düsseldorf “Fortuna”sı “Herta”nı qəbul edib. İlk yarını 3:0 öndə bitirən meydan sahibləri fasilədən sonra bir o qədər qol buraxmaqla meydanı heç-heçə ilə tərk etməli olublar.

Almaniya Bundesliqası

24-cü tur

28 fevral

 

Fortuna – Herta 3:3

Qol: K.Karaman, 6; 45+1. Tommi, 9 – Tommi, 64-öz qapısına. Kunya, 66. Piontek, 75-pen.

29 fevral

18:30 Auqsburq – Borussiya (Münhenqladbax)

18:30 Borussiya (Dortmund) – Frayburq

18:30 Hoffenhaym – Bavariya

18:30 Maynts – Paderborn

21:30 Köln – Şalke

1 mart

16:30 Yunion – Volfsburq

18:30 Leyptsiq – Bayer

21:00 Verder – Ayntraxt

 

Mənbə: sia.az