Xəyallar Avropa, reallıq isə divizion... – Əliyarı itiririkmi?

Xəyallar Avropa, reallıq isə divizion... – Əliyarı itiririkmi?

2018-ci ilin sentyabrın sentyabrın 14-də AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirildi. Həmin iclasda məlum oldu ki,AFFA Hakimlər Komitəsinin sədri Xəqani Məmmədovla vidalaşır, onun yerinə isəAvstriyadan sədr gətirilir. Bununla da AFFA daha bir azərbaycanlıyla vidalaşıb,onun yerinə əcnəbi təyin etdi. Beləliklə Azərbaycan hakimliyində Fritz Stuxlikdönəmi başladı.

İllərdi eyni siyasət yeridilir. Qurban Qurbanovunmilliyə baş məşqçilik etdiyi qısa dönəmi nəzərə almasaq, 12 ildi ki, millikomandalar əcnəbi mütəxəssislərə tapşırılır. Berti Foqts, Roberto Prosineçki,Nikola Yurçeviç bizim neftimizin pulundan yaxşıca dadıb, kef-damaqları çağgediblər. Tezliklə bu seriya davam edəcək, artıq heç kimin şübhəsi yoxdu ki,AFFA milli komandanı növbəti dəfə əcnəbiyə tapşıracaq. Gəlmələrin sırası təkcəonlarla yekunlaşmır. Hər baş məşqçi özüylə bir dəstə köməkçisini gətirir. Hələaşağı yaş qruplarında çalışanları demirəm. İndinin özündə də Milan Obradoviçdənüzüaşağı neçə-neçə xarici məşqçi Azərbaycan futbolunun hesabına öz büdcələrinizənginləşdirirlər. Bernard Lippert isə illərdi xalqımızın boğazına keçib,vaxtlı-vaxtında da maaşını kartına köçürürlər. Özü də xarici valyuta ilə.

Millinin həkimi, masajçısı, AFFA-nın yaratdığı "CBCSport”un baş direktoru belə əcnəbidi. Adamların əlacı olsa, süpürgəçini,sürücünü də xaricdən gətirərlər. Məlum məsələdi ki, hər gələn xarici Azərbaycandankənara axan valyuta deməkdi. Fritz Stuxlik də bu zəncirin növbəti halqasıdı. Təkzibolunmayan məlumatlara görə, ayda 15 min avro maaş alır. Əvəzində bizə nə verir?Heç nə! Bu sözü tam məsuliyyətimlə deyirəm, arxasında da dayanıram. Hər tursıralanan hakim səhvləri, ortaya yeni istedadların üzə çıxmaması, hakimlərinnormal təlim-məşq toplanışı keçməməsi, UEFA-nın üzünü bizimkilərə tərəf çevirməməsigözümüzün önündədi. Bütün bunların hakimlərimizə əcnəbi sədrin başçılıq etdiyidövrdə yaşanır.

Sizin də yadınızda olar, Xəqani Məmmədov hakimlərinrəhbəri olanda ondan hər həftə hesabat soruşanlar vardı. Deyirdilər ki, nə üçünbizim hakimləri UEFA-da irəliləmir, birinci kateqoriyada azərbaycanlı yoxdu.Adam verdiyi sözü tutdu və ortaya Əliyar Ağayev boyda yetkin hakim çıxardı.Bununla da tənqidçilərini susdurdu. Artıq imzamız imzalar içindəydi. Gözləyirdikki, tezliklə Çempionlar Liqasının qrup mərhələsində, Avropanın tanınmışyığmalarının oyunlarında Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadasısöz sahibi olacaq, bizi fərəhləndirəcək. Şəxsən Elxan Məmmədov da Stuxlikin təyinatıvaxtı belə bir vəd vermişdi. Demişdi ki, əcnəbi sədrin sayəsində UEFA-yla əlaqələriyaxşılaşdıracaqlar və bizim hakimlərə məsul oyunlardan dəvət gələcək.

Nə oldu, ay Elxan bəy? Fritz Stuxlik AzərbaycanPremyer Liqasını eksperment meydanına çevirib. FİFA referilərini aşağıdiviziona göndərir, gənc hakimləri odun içinə atır, elitanın vacib qarşılaşmarındanəticəyə təsir edən səhvlər "göz oxşayır”. Buyurun, bu da sizə nümunə. Mövsümünqızğın çağında FİFA referisi Əliyar Ağayev aşağı diviziona göndərilib, "Zirə-2”nin"Zaqatala” ilə qarşılaşmasında onun fiti eşidilib. Digər FİFA referisi Rəhim Həsənovisə "Səbail”lə "Qarabağ”ın əvəzedicilərinin qarşılaşmasında söz sahibi olub.Bizim elitaya layiq bilmədiyimiz referiləri UEFA hansı üzlə ÇempionlarLiqasının oyunlarına çağırsın? Necə deyərlər, xəyallarımız Avropa, reallıq isəuşaq-muşaq oyunu!
 

Mənbə: sport7.az