Bülent Korkmazın yeni iş yeri açıqlandı

Bülent Korkmazın yeni iş yeri açıqlandı

Türkiyəli mütəxəssis Bülent Korkmazın yeni iş yeri məlum olub.

56 yaşlı məşqçi “Erokspor”a baş məşqçi təyin edilib. Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Erokspor” hazırda Türtkiyə 1-ci liqasında 14-cü sıradadır.

Qeyd edək ki, B.Korkmaz 2009-2010 mövsümündə Azərbaycanda “Bakı” klubunu çalışdırıb. Son klubu “Rizəspor” olan mütəxəssis “Kayserispor”, “Bursaspor”, “Gənclərbirliyi”, “Qalatasaray”, “Karabükspor”, “Başakşehir” və “Mersin İdman Yurdu”nu da çalışdırıb.

Mənbə: qafqazinfo.az