"Murov" autsayderi "topla döydü"

"Murov" autsayderi "topla döydü"

Qadınvoleybolçular arasında Azərbaycan Super Liqasında daha bir görüş reallaşıb.

Fanat.Az xəbər verir ki,Dərnəgül Voleybol Mərkəzində baş tutan günün yeganəmatçında "Murov” autsayderi - UNEC-i sınağa çəkib.

Oyun birincilərin 3:0 hesablı qələbəsi iləbaşa çatıb. İlk setdə 25:15 hesabı ilə qalib gələn "Murov” ikinci hissədə də aşkar üstünlüyünü ortaya qoyub - 25:13. Üçüncü setdə UNEC müqavimət göstərsə də, 20:25hesabı yenilgi qaçılmaz olub.

6-cı oyunda 2-ci qələbəsini qazanan"Murov” xal hesabını 6-ya çatdırsa da, 4-cü pillədə qalıb. 7 oyunda 1 xal yığan UNEC isə "zirzəmi"dədir.

Fanat.Az

Mənbə: www.fanat.az