Dubayda Cokoviç - Tsitsipas finalı olacaq

Dubayda Cokoviç - Tsitsipas finalı olacaq

BƏƏ-nin Dubay şəhərində keçirilən turnirdə yarımfinal mərhələsinə yekun vurulub.

Stefanos Tsitsipas çətinlik çəkmədən Den Evansı mübarizədən kənarlaşdırıb. Novak Cokoviç üç set sonunda Qael Monfisə qalib gələrək finala yüksəlib. Serb tennisçi sözügedən oyunda 3 matç-bol qaytarıb.

Dubai Duty Free Tennis Championships (ATP 500)

Dubay, BƏƏ

Yarımfinal

Stefanos Tsitsipas (Yunanıstan) - Den Evans (Böyük Britaniya) - 2:0 (6:2, 6:3)

Novak Cokoviç (Serbiya) - Qael Monfis (Fransa) - 2:1 (2:6, 7:6, 6:1)

Sport7.az

Mənbə: sport7.az