"Bavariya"dan selfi qadağası

"Bavariya"dan selfi qadağası

"Bavariya" futbolçularına azarkeşlərlə şəkil, selfi çəkdirməyi və avtoqraf verməyi qadağan edib.

Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb koronavirus təhlükəsidir. Münhen təmsilçisi oyunçulara azarkeşlərdən virus keçməsindən ehtiyatlanır.

Klub rəhbərliyi qərarın azarkeşlər tərəfindən anlayışla qarşılayacağına ümid edir.

Qeyd edək ki, bundan əvvəl İngiltərənin "Nyukasl" klubun baş məşqçisi qorunmaq məqsədi ilə futbolçularla texniki heyətin əl ilə görüşməsinə qadağa qoyub.

Mənbə: qol.az