"Ronaldunun Messidən daha yaxşı futbolçu olduğunu deyənlərin futboldan başı çıxmır"

"Ronaldunun Messidən daha yaxşı futbolçu olduğunu deyənlərin futboldan başı çıxmır"

Marko van Basten "Barselona"nın hücumçusu Lionel Messi və "Yuventus"un forvardı Kriştianu Ronaldu haqqında danışıb:

"Kriştianu Ronaldu əla oyunçudu, ancaq onun Messidən daha yaxşı futbolçu olduğunu deyənlərin futboldan başları çıxmır və ya səmimi deyillər.

Messi unikaldı və təkrarolunmazdı. Belə oyunçular dünyaya 50-100 ildən bir gəlirlər. O, dünyaya dahi kimi gəlib.

Mən 28 yaşım olanda faktiki olaraq karyeramı bitirdim. Üç "Qızıl top" qazanmışdım. Ronaldu və Messinin hazırkı səviyyələrinə fikir verin. Hər ikisinin yaşı 30-dan yuxarıdı".

Sport7.az

Mənbə: sport7.az