Beynəlxalq futbol matçları koronavirus səbəbiylə təxirə salına bilər - FIFA prezidenti Infantino

Beynəlxalq futbol matçları koronavirus səbəbiylə təxirə salına bilər - FIFA prezidenti Infantino

Dünya Futbol Federasiyaları Birliyinin (FIFA) prezidenti Gianni İnfantino, beynəlxalq futbol matçlarının koronavirusun yayılması səbəbiylə təxirə salına biləcəyini açıqlayıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Covid 19 epidemiyası səbəbi ilə İsveçrədə hökumətin bütün tədbirləri təxirə salması və İtaliyadakı bəzi A Seriya matçlarını izləyicisiz oynaması sonrası İnfantino bildirib ki, insan sağlamlığı hər cür futbol hadisəsindən daha vacibdir.

Gianni İnfantino koronavirus haqqında danışarkən "Hazırda bir vəziyyət təhlili edirik Koronavirus epidemiyası artır və ya azalır? Göründüyü qədəri ilə deyəsən indi artır. Futbol matçları təxirə salınırsa və ya tamaşaçısız oynanılması vacibdirsə, bunu həyata keçirməliyik”- deyə bildirib.

Mart ayında keçirilməsi planlaşdırılan beynəlxalq futbol matçlarının ləğv edilməyəcəyinə ümid etdiyini söyləyən 49 yaşlı idman adamı deyib ki, hazırda nə gecikmə var, nə də ləğv: “Ümidvaram ki, biz bunu etməyə məcbur olmayacağıq. Qlobal bir qadağa qoymaq çox çətindir, ancaq biz çox fərqli bir vəziyyətlə qarşılaşmışıq. Futbol matçının təşkilatçıları vəziyyətlərini ən yaxşı özləri bilirlər. Qısa müddətdə təxirə salınma və ya tamaşaçısız matçların həlli ola bilər, amma bir çox futbol matçlarının bir neçə ay tamaşaçısız keçiriləcəyini təsəvvür etmək çətindir.”

Mənbə: sia.az