Marneuli “Vikipediya” Klubunun yaradılması istiqamətində işlər davam edir

Marneuli “Vikipediya” Klubunun yaradılması istiqamətində işlər davam edir

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin təşəbbüsü, “İnkişaf və Təhsil” Mərkəzinin və “Vikimedia” Fondunun Gürcüstan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Marneuli “Vikipediya” Klubunun yaradılması istiqamətində işlət davam edir.

Bu barədə AZƏRTAC-a MEK-in direktor müavini, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Marneulidə fəaliyyət göstərən “İnkişaf və Təhsil” Mərkəzinin və “Vikimedia” Fondunun Gürcüstan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Marneulidə “Vikipediya” Klubunun yaradılması istiqamətində təlimlərə start verilib. Klubun yaradılmasına “Vikimedia” Fondunun Gürcüstan nümayəndəliyinin rəhbəri, Afiliasiya Komitəsinin üzvü Mehman İbrahimov və “İnkişaf və Təhsil” Mərkəzinin sədri Emin Əhmədov rəhbərlik edir. Klubun öz məqsədlərinə çatacağına inanıram. Klub çərçivəsində təlimlər, praktik iş, müsabiqələr, ekskursiyalar və kamp təşkil olunacaq. Gürcücə “Vikipediya”da Gürcüstanın və Azərbaycanın tanınmış şəxsiyyətləri, ölkələrimiz arasında dostluq əlaqələrində xüsusi xidmətləri olan şəxsiyyətlər, həmçinin tarixi abidələr və mədəniyyətlərlə bağlı məqalələrin yaradılmasıdır”, - deyə Elnur Eltürk qeyd edib.

Mənbə: azertag.az