“Neftçi” millimizin yarımmüdafiəçisini transfer etdi

“Neftçi” millimizin yarımmüdafiəçisini transfer etdi

“Sabah”ın və Azərbaycan milli komandasının yarımmüdafiəçisi Elvin Camalov “Neftçi”yə keçib.

Paytaxt təmsilçisi bu transferi yaxın günlərdə açıqlayacaq.

E.Camalovun “Sabah”la müqaviləsi olsa da, o, klubdan azad agent kimi ayrılıb. Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.

Buna səbəb isə futbolçunun daha çox meydana çıxmaq istəyi olub. Yarımmüdafiəçi Masazır təmsilçisinin rusiyalı baş məşqçisi Vasili Berezutskinin ona oynamaq şansı verməməsindən narazı qalıb.

Bu səbəbdən də E.Camalov “Neftçi”dən gələn təklifi dəyərləndirmək istəyib. Tərəflər bütün məsələlərdə razılığa gəliblər. Müqavilənin detalları isə yaxın günlərdə bəlli olacaq.

Mənbə: qafqazinfo.az