“Meydançadan çıxmağımızı o istədi” - “Adana Demirspor”un baş məşqçisi

“Meydançadan çıxmağımızı o istədi” - “Adana Demirspor”un baş məşqçisi

Xəbər verdiyimiz kimi, Türkiyə Super Liqasının 23-cü turunda “Adana Demirspor” futbolçuları “Qalatasaray”la matçda meydanı tərk edib.

“NTV Türkiyə”yə istinadən xəbər verilir ki, məsələ ilə bağlı Adana təmsilçisinin baş məşqçisi Mustafa Alper Avcı açıqlama verib.

Təcrübəli mütəxəssis bu qərarın ondan qaynaqlanmadığını bildirib:

“Penaltidən sonra meydançadan çıxmağımızı prezidentimiz istədi. Biz meydançada qalmaq istədik”.

Mənbə: qafqazinfo.az