İnfarkt keçirən hakimi futbolçular xilas etdilər

İnfarkt keçirən hakimi futbolçular xilas etdilər

İspaniyanın altıncı divizionunun oyunlarından birində qeyri-adi vəziyyət yaranıb.

Fevralın 9-da Madriddə “Aquilyas” – “Alsola” oyununda xoşagəlməz baş verib. Matçın hakimi infarkt keçirsə də, futbolçular onu xilas etməyə kömək ediblər. Bu barədə “El Confidencial” məlumat yayıb.

Oyunun ortalarında görüşü idarə edən 29 yaşlı hakimin ürəyi dayanıb və yerə yıxılıb.

Məhz bu zaman bir neçə futbolçu onun köməyinə qaçıb. Bələdiyyə Fövqəladə Xilasetmə Xidməti avtomatik xarici defibrillyatorla müdaxilə edənə qədər ürək masajı həyata keçirib.

Xoşbəxtlikdən, hakim nəbzini və huşunu bərpa etmək mümkün olub. O, Madriddəki Qreqorio Maranyon xəstəxanasına çatdırılıb. Hakimin vəziyyəti stabildir və həyati təhlükəsi yoxdur.

Bildirilir ki, adı açıqlanmayan hakimin həyatını xilas edən amil məhz futbolçuların gərgin hərəkətləri olub.

Mənbə: publika.az