Neymar uzun müddətdən sonra qol vurdu

Neymar uzun müddətdən sonra qol vurdu

Braziliyalı hücumçu Neymar "Santos"a qayıtdıqdan sonra ilk qolunu vurub.

Oxu.Az xəbər verir ki, onun komandası "Aqua Santa" ilə qarşılaşıb. Neymar isə sözügedən matçın 14-cü dəqiqəsində penaltini dəqiq yerinə yetirərək, hesabı açıb.

Görüş "Santos"un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Santos"un yetirməsi olan Neymar 2009-2013-cü illərdə bu klubun əsas komandasında çıxış edib. O, daha sonra "Barselona", PSJ və "Əl-Hilal"da oynayıb. Futbolçu bu qış "Santos"a qayıdıb.

Neymar uzun müddətdən sonra qol vurdu

Mənbə: oxu.az