Yamalın arzusu ürəyində qaldı

Yamalın arzusu ürəyində qaldı

“Barselona” “Atletik”dən ispan vinger Niko Uilyamsı transfer etmək fikrindən daşınıb.

Publika.az xəbər verir ki, bu barədə “Fichajes.net” məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu qərar iki səbəbdən verilib: 22 yaşlı futbolçunun cari mövsümdəki zəif çıxışı və braziliyalı Rafinyanın öz mövqeyində əla oyunu.

Qeyd edilir ki, Uilyamsın transferi Lamin Yamalın arzusu idi.

Lakin indi klub rəhbərliyi ondan qəti şəkildə imtina edib.

2024/25 mövsümündə Niko Uilyams klub səviyyəsində 31 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı onun dəyərini 70 milyon avro qiymətləndirir.

Mənbə: publika.az