Türkiyə Superliqasında 24-cü tura yekun vurulub.
Turun bağlanış matçında lider "Qalatasaray" "Çaykur Rizespor"un qonağı olub.
Oyunda əsas hadisələr ikinci hissədə cərəyan edib. "Aslanlar" Osimhenin dublu sayəsində minimal hesablı qələbə qazanıblar - 1:2. "Sarı-qırmızılar"ın yeni transferi Frankovski çıxdığı ilk matçda məhsuldar ötürmə ilə yadda qalıb.
Beləliklə də, hazırda "cim-bom" 63 xalla liderliyini davam etdirir. Komanda ən yaxın izləyicisi "Fənərbağça"nı 6 xal qabaqlayır. Rize təmsilçisi isə 27 xalla yarış cədvəlində 12-ci yeri tutur.
Mənbə: oxu.az