"Fənərbaxça"nın futbolçusu koronavirusa yoluxdu

"Fənərbaxça"nın koronavirusa yoluxan futbolçusunun adı müəyyənləşib.

Unikal.org xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Maks Kruzedə bu xəstəliyin əlamətləri aşkarlanıb.

Bu gün keçirilən müayinədən sonra 32 yaşlı oyunçunun testlərinin nəticəsi müsbət çıxıb və o, xəstəxanaya aparılıb. Almaniya millisinin üzvünün müalicəsinə artıq başlanılıb.

Qeyd edək ki, "Fənərbaxça"nın bir həkimi də koronavirusa yoluxduğu üçün xəstəxanada karantinə alınıb.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Mehman Sadıqov sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirdi

SONRAKI XƏBƏR

Məhbusların koronavirusa yoluxması xəbərləri ilə bağlı RƏSMİ AÇİQLAMA