"Mançester Yunayted" "Barselona"nın ulduzunu transfer edir: Nömrəsini də seçdi

"Mançester Yunayted" "Barselona"nın ulduzunu transfer edir: Nömrəsini də seçdi

"Mançester Yunayted" klubu "Barselona"nın ulduz futbolçusu Antuan Qrizmannı transfer etməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" yay transfer pəncərəsi dövründə fransalı hücumçunu heyətinə qatmağa yaxındır. Futbolçu "Atletiko"dan böyük ümidlərlə transfer edilsə də, istənilən nəticəni göstərməkdə çətinlik çəkir. Bu səbəbdən də onun yayda "Barselona"dan ayrılacağı istisna edilmir. "Mançester Yunayted" 29 yaşlı forvard üçün qarşı tərəfə 98 milyon avro ödəməyə hazırdır.

Həmçinin Mançester təmsilçisinin artıq sözügedən futbolçu üçün artıq nömrə seçimini etdiyi də yazılır. Klub sabiq futbolçusu Aleksis Sançesin "7" nömrəsini fransalıya verməyə hazırdır.

Qeyd edək ki, Qrizmann ötən il Madrid "Atletiko"sundan "Barselona"ya transfer edilib. O, çıxdığı 26 oyunda 8 dəfə fərqlənib.

Mənbə: offsideplus.az