"Yuventus" Kyellinini saxlayır

"Yuventus" Kyellinini saxlayır

"Yuventus" 35 yaşlı müdafiəçisi Corco Kyellini ilə yeni müqavilə imzalamaqla bağlı razılığa gəlib.

Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Yuve" rəhbərliyi İtaliya millisinin üzvü ilə bu mövsümün sonunda bitəcək müqavilənin müddətini uzadacaq.

Qeyd edək ki, Kyellini cari "futbol ili"ni demək olar ki, boşa verib. O, zədə üzündən cəmi 3 görüşdə iş başında olub.

Fanat.Az

Mənbə: fanat.az