"Tottenhem"dən transferlər üçün 130 milyon avro

"Tottenhem"dən transferlər üçün 130 milyon avro

"Tottenhem" yeni mövsüm üçün transferlərə 130 milyon funt sterlinq ayıracaq.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Joze Mourinyo bu qədər məbləğə oyunçular ala biləcək.

Bildirilib ki, hazırda İngiltərə təmsilçisinin əsas transfer hədəfi "Leyptsiq"in yarımmüdafiəçisi Marsel Zabitzerdir. Bundan başqa, transfer siyahısında Joffi Kondoqbiya ("Valensiya"), Yusef Atal ("Nitsa"), Camal Luis ("Norviç") və Eder Militaonun ("Real") olduğu iddia olunur.

Mənbə: qol.az