Qrizmann MY yolunda

"Barselona”nın hücumçusu Antuan Qrizmann karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı İspaniya mətbuatı yayıb.

Romelu Lukakunun gedişindən sonra komandanın hücum xəttindəki boşluq doldurula bilməyib. Bunun üçün də klub rəhbərliyi Qrizmannı mövsümün sonunda heyətinə qatmağı düşünür. "Mançester Yunayted” oyunçunu razı salmaq üçün Devid Bekhem, Erik Kontana və Corc Best kimi əfsanəvi futbolçuların geyindiyi 7 nömrəli formanı ona verməyə hazırdı.

"Barselona”da ümidləri doğrultmayan fransalının komandadan ayrılacağı iddia edilir.

Fanat.Az

Fanat.az

ƏVVƏLKİ XƏBƏR

Elman Nəsirov: Azərbaycan dövlətinin koronavirusla mübarizədə atdığı addımlar kifayət qədər səmərəli və uğurludur

SONRAKI XƏBƏR

Koronavirusla bağlı son vəziyyət necədir?