Federasiya prezidenti: “A seriyasını iyunun 30-dan sonra davam etdirə bilərik”

Federasiya prezidenti: “A seriyasını iyunun 30-dan sonra davam etdirə bilərik”

İtaliya A seriyasının bərpası yubanacaq.

Apasport.az saytının məlumatına görə, bunu futbol federasiyasının prezidenti Qabriele Qravina açıqlayıb.

O bildirib ki, öncədən çempionatı iyunun 30-dək yekunlaşdırmağı planlaşdırsalar da, bunun real görünməməsi ilə barışıb. Lakin Qravina yarışın bərpasına ümidini saxlayır: “Çempionatın bərpa olunacağı ilə bağlı ümidimi itirmirəm. Təslim olmaq çox ağırdır. Biz turniri iyunun 30-dan sonra davam etdirə bilərik”.

Qeyd edək ki, İtaliya çempionatı koronavirus pandemiyası üzündən dayandırılıb.

Mənbə: apa.az