"Çelsi"dən ayrılacağını açıqladı

İspaniyalı futbolçu Pedro Rodriqes "Çelsi"dən ayrılmağa hazırlaşır.

Sfera.az xəbər verir ki, 32 yaşlı vinger yayda başa çatacaq müqaviləsini uzatmayacağını deyib:

"Mövsümün sonunda "Çelsi"dən ayrılacağam. İyunun 30-da müqaviləm bitir. Ancaq indi problemlə üzləşmişik. Koronavirusa görə normal həyat sürmürük".

Pedro 2015-ci ildə "Barselona"dan "Çelsi"yə keçmişdi. İspaniya millisinin üzvü bu mövsüm 12 oyunda 1 qol vurub, 1 assist edib.

Sfera.az

ƏVVƏLKİ XƏBƏR

Məşhur müğənni koronavirus qorxusu ilə başını sellofana bükdü - FOTO

SONRAKI XƏBƏR

Pentaqon bütün beynəlxalq xarici səfərləri TƏXİRƏ SALDI