Balotelliyə qarşı zorlama ittihamı –Araşdırma yekunlaşdı

İtaliyanın Lombardiya şəhərinin prokurorluğu futbolçu Mario Balotelliyə qarşı zorlama ittihamı ilə bağlı araşdırmanı yekunlaşdırıb.

Qol.az “Sport Mediaset”ə istinadən xəbər verir ki, hazırda “Breşiya”da oynayan futbolçu 17 yaşlı bir qızla görüşürmüş. Araşdırma zamanı bəlli olub ki, qız ona yetkinlik yaşına çatdığını bildirib. Onların arasında seksual münasibət yarananda isə o, Balotelliyə həqiqi yaşını açıqlayıb, futbolçudan 100 min avro tələb edib, jurnalistlərə zorlandığını deyəcəyi ilə hədələyib.

Araşdırmanın yekununda qızın yalan danışdığı və Balotellini şantaj etdiyi üzə çıxıb. Ona böhtan atma ittihamı irəli sürülüb.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Mübariz Mənsimov həbsxanadan buraxıla bilər

SONRAKI XƏBƏR

"Jirona"nın futbolçusu koronavirusa yoluxdu