Fatih Terimin həkimindən açıqlama: "İdman dünyasından olan adamlar..."

Fatih Terimin həkimindən açıqlama: "İdman dünyasından olan adamlar..."

Qalatasaray Futbol Klubunun Teknik Direktoru Fatih Terimin koronavirusa yoluxub, karantinə alınmasının ardından müalicəsi davam etdirilir.

Open.az xəbər verir ki, ötən gün F.Terimin qızı mətbuata açıqlama yaymışdı. Bu gün isə tanınmış məşqçinin həkimi Celalettin Kocatürk açıqlama yayaraq, Fatih Terimin son durumu ilə bağlı məlumat verib.

Həkimin sözlərinə görə, Qalatasarayın II Başqanı Abdurrahim Albayrakdan sonra Fatih Terimin də bu virusa yoluxması onlar arasında yaxın təmasın olduğundan xəbər verir: "Konkret olaraq hər iki tanınmış şəxsin bu virusa necə yoluxmasını demək çətindir. Vəziyyət ortadadır. Amma bir məsələni deyə bilərəm ki, idman dünyasına aid olan adamların biri-biri ilə yaxın təması olur. Belə yaxın təmaslar da bu virusu yayır. Çalışın, biri-birinizdən uzaq məsafədə dayanın. Fatih Terimin vəziyyətinə gəldikdə isə, hələlik durumu stabildir. İnşallah, belə də davam edər". deyə həkim açıqlama yayıb.

Ülviyyə Həsənqızı

Mənbə: open.az