Balotellini şantaj edən 19 yaşlı qız özü "ilişdi"

Balotellini şantaj edən 19 yaşlı qız özü "ilişdi"

Breşia prokurorluğu "Breşia"nın forvardı Mario Balotellinin yetkinlik yaşına çatmamış qızı zorlamasıyla bağlı işi bağlayıb.

Fanat.Az Sport Mediaset-ə istinadən xəbər verir ki, sözügedən orqan hücumçuya qarşı sürülən ittihamların yalan olduğunu aşkarlayıb.

Viçenza şəhərindən olan 19 yaşlı qıza isə yalan ifadə vermək və şantaja görə cinayət işi açılıb. Qızın futbolçuyla yatmamışdan qabaq onu yetkinlik yaşına çatdığına inandırdığı, ardından susmaq üçün 100 min avro tələb etdiyi sübuta yetirilib.

Fanat.Az

Mənbə: fanat.az