İddiaçılar Turniri yarımçıq dayandırıldı

İddiaçılar Turniri yarımçıq dayandırıldı

Rusiyanın Yekaterinburq şəhərində keçirilən şahmat üzrə İddiaçılar Turniri dayandırılıb.

Fanat.Az xəbər verir ki, buna koronavirus pandemiyasının yayılması səbəb olub.

FİDE I dövrədən sonra yarışı davam etdirməmək barədə qərar verib. Nəticələr saxlanılıb və II dövrə daha sonra keçiriləcək. Lakin son 7 turun nə vaxt baş tutacağı bəlli deyil.

Qeyd edək ki, Rusiya Federasiyası martın 27-dən öz vətəndaşlarının çağırışı üçün reyslər istisna olmaqla, beynəlxalq uçuşları dayandıracaq.

Mənbə: fanat.az