Liqaların bərpası ilə bağlı yeni konfrans keçirildi – İlkin tarix bilindi

Martın 24-də Avropanın bütün futbol assosiasiyalarının nümayəndələrinin iştirakı ilə telefon konfransı keçirilib.

Qol.az “Sky Sports”a istinadən xəbər verir ki, konfransda hazırkı mövsümün yekunlaşdırılması ilə bağlı ssenarilər müzakirə olunub. Bildirilir ki, nümayəndələrin çoxu mövsümü 30 iyuna qədər başa vuracaqlarına inanırlar. Çempionatların bərpasının ən uzaq vaxtı kimi 15 may tarixi nəzərdə tutulur.

Hazırda vəziyyəti dəyərləndirib təklif hazırlamaq üçün UEFA-nın 2 işçi qrupu var. Avro-2020-nin gələn ilə təxirə salımasına görə klub futbolunun mövsümü yekunlaşdırmaq üçün müxtəlif variantları var. Liqaların bərpası və başa vurulması ilə bağlı qərar səhiyyə qurumları ilə məsləhətləşmələrdən sonra veriləcək.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

QORXULAN OLDU: Kanalizasiyada koronavirus aşkarlandı - İnsanların nəcisindən keçir...

SONRAKI XƏBƏR

Unitaz yalayan gənc koronavirusa yoluxdu