"Barsa"da ara qarışdı - Futbolçular rəhbərliyə qarşı çıxdı

"Barselona"nın futbolçuları rəhbərliyin maaşları azaltmaq təklifini rədd edib

Fanat.Az xəbər verir ki, informasiyanı AS yayıb.

İspaniya nəşri Kataloniya komandasının oyunçularının mart ayı üçün olan əməkhaqqıların 70 faiz kəsilməsinə qarşı çıxdığını vurğulayıb.

Maraqlıdı ki, mənbə klub prezidenti Jozep Bartomeunun bütün hallarda məvacibləri 70 faiz azaldacağını, bunun koronavirus pandemiyasının vurduğu maddi ziyanı sığortalamaq üçün qaçılmaz variant olduğunu qabardıb.

AS "Barsa" bosslarının üsyan həddinə çata biləcək kütləvi narazılıq ehtimalına baxmayaraq fövqəladə vəziyyətə uyğun addımı atacağını bildirib.

Fanat.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda polis bütün küçələrdə əhaliyə xəbərdarlıqlar edir

SONRAKI XƏBƏR

Rəhim Qazıyevin qızının məhkəməsi başlayır