"Keyn "Tottenhem"dən getməlidi və gedəcək" - İDDİA

"Keyn "Tottenhem"dən getməlidi və gedəcək" - İDDİA

"Nyukasl"ın və İngiltərə millisinin sabiq forvardı Alan Şirer "Tottenhem"in qoleadoru Harri Keynin gələcəyi haqda düşüncələrini bölüşüb.

Fanat.Az xəbər verir ki, yerli mətbuata danışan veteran Keynin Hotspur klubundan getməli olduğunu söyləyib:

"Məncə, Harri qarşıdakı 12 ayda heç nə qazana bilməsə, getməlidi. Düşünürəm ki, belə də olacaq. Keyn irəlidəki 1 ildə hansısa ciddi turnirdə qazanılan qələbəyə sevinməsə, iş yerini dəyişəcək".

Şirer millinin əsas hücumçusunun onun İngiltərə Premyer Liqasındakı qol rekordunu yeniləmək ehtimalından da danışıb:

"Bu Keynin hansı formada olacağından, Premyer Liqada qalıb-qalmayacağından asılıdı. Onsuz da nə vaxtsa mənim müəyyənləşdirdiyim rekord qırılacaq. Qayda belədi".

Qeyd edək ki, Alan Şirer İPL-də 260 qol vurub. Yanvarın 1-dən zədəli olduğu üçün oynamayan Keyn isə bu mövsüm 20 çempionat matçında 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Fanat.Az

Mənbə: fanat.az