Millimizin boksçusu: "Hər şeydən önəmli insan sağlamlığıdır"

Millimizin boksçusu: "Hər şeydən önəmli insan sağlamlığıdır"

“Beynəlxalq Olimpiya Komitəsi ən düzgün addımı atdı, hər şeydən önəmli insan sağlamlığıdır, o cümlədən idmançıların da”.

Offsideplus.az xəbər verir ki, bu sözləri boks üzrə Azərbaycan milli komandasının üzvü Tayfur Əliyev deyib.

İdmançımız Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlamasında Tokyo-2020-nin təxirə salınmasına münasibət bildirib:

“Virusla mübarizə apardığımız gərgin günlərdə insan izdihamından uzaq duraraq proqrama riayət etmək və məşq etmək bizim üçün də çox çətin idi. Buna görə əslində hər şey yoluna düşənə qədər hərtərəfli yaxşı məşq etməyimiz üçün əlavə zaman qazandıq”.

Mənbə: offsideplus.az