İngiltərə nəhəngi Sanço üçün artıq nömrə seçimini də etdi

"Mançester Yunayted" klubu Dortmund "Borussiya"sının gənc ulduzu Ceydon Sançonu transfer etməyə çox yaxındır.

Offsideplus.az "Evening Standart"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" artıq 20 yaşlı ingiltərəli futbolçu üçün nömrə də seçib. Belə ki, qırmızı şeytanlar ona komandanın əfsanəvi oyunçuları - Erik Kantona, Devid Bekhem və Kristiano Ronaldo kimi futbolçuların üzərində daşıdığı "7" nömrəni verməyə hazırdır. Yay transfer pəncərəsi dövründə Sançonun transfer edilmə ehtimalı ən çox olan klub da məhz "Mançester Yunayted"dir.

Qeyd edək ki, sözügedən futbolçu ilə İngiltərənin "Liverpul" və "Çelsi" kimi klubları da yaxından maraqlanır.

Offsideplus.az

ƏVVƏLKİ XƏBƏR

Karlsen Teymur Rəcəbova dəstək oldu

SONRAKI XƏBƏR

Koronavirusa yoluxan Fatih Terimdən - Açıqlama