Koronavirusa yoluxan Fatih Terimdən - Açıqlama

Koronavirusa yoluxan "Qalatasaray" futbol klubunun baş məşqçisi Fatih Terimdən xəbər var.

Teleqraf.com xəbər verir ki, Fatih Terim ilk dəfə "Twitter" hesabında səhhəti haqqında yazıb:

"Hər duanı qəlbimdə hiss edirəm. Bu, hamımız üçün bir sınaqdır. Dualarınız və gözəl arzularınızla bu sınaqdan keçəcəyik. Səhhətim yaxşıdır və inşallah daha da yaxşı olacağam. Əlim qəlbimdə hər birinizə təşəkkür edirəm".

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

İngiltərə nəhəngi Sanço üçün artıq nömrə seçimini də etdi

SONRAKI XƏBƏR

Epidemiyanın ortaya çıxdığı Çində - Son durum