FİFA-dan klublara yeni öhdəlik

FİFA klublara oyunçular və məşqçilərın may-iyunda başa çatacaq müqaviləsinin müddətini uzatmaq öhdəliyi qoyacaq.

Qol.az "Reuters"ə istinadən xəbər verir ki, müqavilələrin bu mövsüm oynanılıb bitənə kimi uzadılması tələb olunacaq.

Eyni yanaşma növbəti mövsümə də nəzərdə tutulan müqavilələrə də istifadə ediləcək. Onların qüvvəyə minməsi tarixi yeni təqvimə uyğun olaraq dəyişdiriləcək.

Qeyd edək ki, hazırda Avropanın bir çox ölkəsində liqalar koronavirus səbəbindən dayandırılıb.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

"Koronavirus bizdə yoxdur" deyən Şimali Koreya kömək istədi

SONRAKI XƏBƏR

31 qolun dəyişmədiyi “20-lik”