FİDE prezidenti Rəcəbov haqda danışdı: "Onun şəxsi seçimi idi"

FİDE prezidenti Rəcəbov haqda danışdı: "Onun şəxsi seçimi idi"

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadi Dvorkoviç Rusiyada keçirilən İddiaçılar Turnirinin təxirə salınması və Teymur Rəcəbovun bu yarışdan imtina etməsi ilə bağlı danışıb.

Offsideplus.az xəbər verir ki, qurum rəhbəri mötəbər turnirin təxirə salınmasını Rusiyanın beynəlxalq hava nəqliyyatını qadağan etməsi və bu ölkədə koronavirus səbəbi ilə görülən tədbirlərlə əlaqələndirib. O, bu yarışdan qabaq COVİD-19 epidemiyasına görə, bütün profilaktik tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Dvorkoviç həmçinin qrossmeysterimiz Teymur Rəcəbovla bağlı da danışıb. O bildirib ki, turnirdən imtina etmək Teymur Rəcəbovun şəxsi qərarı idi və bu barədə çox danışmaq istəmir.

"Turnirin təxirə salınması qərarı Rusiya hökumətinin beynəlxalq hava nəqliyyatına qadağan olması, yəni oyunçuların evə təhlükəsiz və vaxtında qayıtması zərurəti ilə əlaqədardır. Rəcəbov virus təhlükəsi ilə əlaqədar turnirində iştirakdan imtina etdi. Bu onun şəxsi seçimi idi".

Mənbə: offsideplus.az