Ceyms Makkleyn buna görə cərimələndi - FOTO

Ceyms Makkleyn buna görə cərimələndi - FOTO

"Stok Siti”nin yarımmüdafiəçisi Ceyms Makkleyn qalmaqala səbəb olub.

Fanat.Az xəbər verir ki, İrlandiya millisinin üzvü "İnstagram” hesabında paylaşdığı fotoya görə klub tərəfindən cərimələnib. O, iki həftəlik əməkhaqqından məhrum edilib.

Belə ki, qara maska taxan və metal rəngli yeşiyin üstündə əyləşən oyunçunun fotoya "bugünkü məktəb dərsimiz tarixdi” yazması birmənalı qəbul olunmayıb.

Britaniyada qara maska 1916-cı ildə yaradılan İrlandiya Respublika Ordusunun simvolu sayılır. Həmin təşkilat Şimali İrlandiyanın İngiltərədən ayrılması uğrunda mübarizə aparıb.

Makkleyn artıq paylaşdığını silib və ictimaiyyətdən üzr istəyib.

Fanat.Az

 

Mənbə: www.fanat.az