Ronaldu koronavirusa görə maaşının azaldılmasına razılıq verib

Ronaldu koronavirusa görə maaşının azaldılmasına razılıq verib

Yaxın gələcəkdə "Yuventus"da futbolçuların maaşlarında azalma ola bilər.

Fanat.Az "Tuttosport"a istinadən xəbər verir ki, iqtisadiyyat üzrə magistr dərəcəsinə sahib müdafiəçi Corco Kyellini, koronavirus pandemiyası ilə əlaqədar yaranan böhran vəziyyətinin təsirlərini azaltmaq üçün klub rəhbərliyinə məvaciblərin azaldılması variantını təklif edib.

Kyellini məsələni ilk növbədə komandanın aparıcı oyunçuları ilə müzakirə edib. Onların sırasında maaşının azaldılmasına razılıq verən Kriştianu Ronaldu da var. Daha sonra italiyalı futbolçu "Yuventus"un idarəçiləri - Andrea Anyelli və Fabio Paratiçi ilə görüşüb.

Fanat.Az

Mənbə: www.fanat.az