Braziliyalı futbolçu üsyan edir: “Çempionatı dayandırın”

Braziliyalı futbolçu üsyan edir: “Çempionatı dayandırın”

Belarusiya çempionatının davam etdirilməsi bu ölkədəçıxış edən legionerlərin ciddi narazılığına səbəb olub.

Sport7.az xəbər verir ki, "Rux” klubununbraziliyalı müdafiəçisi Joao Villiam yaşananların dəhşətli olduğunu deyib.

Brest klubunun futbolçusu Belarusiya çempionatınındavam etməsindən çox narahatdı: "Oyun zamanı bunu düşünmürəm. Elə ki, hakiminfinal fiti səslənir, dərhal bu gün yoluxub-yoluxmadığımı düşünürəm. Çempionatdayandırılsa, çox yaxşı olar. Sözün düzü, bir az qorxuram.

Hər gün valideynlərim, həyat yoldaşım mənə zəngvurur, oteldən çıxmamığımı xahiş edirlər. Menecerim tezliklə çempionatındayandırıla biləcəyini deyib. Ailəm narahatdı. İndi insan sağlamlığını düşünməklazımdı”.

Mənbə: sport7.az