"Yuventus"un futbolçusu karantində sevgilisi ilə əylənir - FOTO

"Yuventus"un futbolçusu karantində sevgilisi ilə əylənir - FOTO

"Yuventus"un yarımmüdafiəçisi Douqlas Kosta koronavirus pandemiyasına görə İtaliya çempionatı dayandırıldığı üçün ölkəsi Braziliyaya yollanıb.

Milli.Az xəbər verir ki, 29 yaşlı oyunçu karantin günlərini sevgilisi Nataliya Felikslə keçirir.

Onun sevgilisi ilə dincəlməyə yollanmağı və fotolar paylaşmağı Turin klubunun azarkeşlərinin xoşuna gəlməyib. Onlar Kostaya karantini pozmağının doğru olmadığını bildiriblər.

Klub futbolçunun hərəkətinə mövqeyini açıqlamayıb.

Mənbə: news.milli.az