UEFA “Ayaks”ı cəzalandırdı

UEFA “Ayaks”ı cəzalandırdı

UEFA Niderlandın "Ayaks" klubunu cəzalandırıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, buna səbəb Amsterdam təmsilçisinin fanatlarının Avropa Liqasının 1/16 final mərhələsinin "Xetafe" ilə İspaniyadakı ilk matçında qeyri-etik davranışları olub. UEFA "Ayaks"a 53 min 250 avro pul cəriməsi tətbiq edib.

"Ayaks" azarkeşləri komandalarının 0:2 hesabıyla məğlub olduğu oyunda meydana yad əşyalar atıb, tribunanın oturacaqlarını sındırıb.

"Ayaks" klubu rəsmi saytı vasitəsilə bu cəzanın veilməsində məsuliyyət daşıyan fanatları müəyyən edib, onlara qarşı müvafiq prosedurlara başlayacaqlarını bildirib.

 

Milli.Az

Mənbə: news.milli.az