"Real"da ayrılıq: Rəhbərlik müqavilə yeniləmək istəmir

"Real"da ayrılıq: Rəhbərlik müqavilə yeniləmək istəmir

"Real"ın vingeri Lukas Vaskes yayda komandadan ayrıla bilər.

Fanat.Az "As" nəşrinə istinadən xəbər verir ki, "Real" rəhbərliyi Vaskesə yeni müqavilə təklif etmək niyyətində deyil. İspan futbolçunun sözləşməsi 2021-ci ilə kimi nəzərdə tutulub.

Madrid klubunun rəsmiləri mövsümün sonunda Vaskeslə görüşərək onun gələcəyini müzakirə etmək istəyirlər. 28 yaşlı futbolçunun qarşısında iki seçim var: bu yay "Real"ı tərk etmək və ya daha bir mövsüm komandada çıxış etdikdən sonra 2021-ci ilin yayında azad agent kimi ayrılmaq.

Cari mövsümdə 18 matçda meydana çıxan Vaskesin aktivində 3 qol və 1 məhsuldar ötürmə var.

Mənbə: fanat.az