Ronaldo koronavirusa görə 3,8 milyon avrodan imtina etdi

Ronaldo koronavirusa görə 3,8 milyon avrodan imtina etdi

"Yuventus"un hücumçusu Kriştianu Ronaldo koronavirus pandemiyasının yaratdığı böhran vəziyyətinin təsirlərini azaltmaq üçün maaşının azaldılmasına razılıq verib.

Sport7.az "Tuttosport"a istinadən xəbər verir ki, Ronaldo 3,8 milyon avrodan imtina edib. Onun illik maaşı 31 milyon avro təşkil edir.

Portuqaliyalı futbolçu Corco Kyellini və Canluici Buffonla görüşdükdən sonra bu yöndə qərar qəbul edib.

Qeyd edək ki, daha əvvəl müdafiəçi Corco Kyellini klub rəhbərliyinə məvaciblərin azaldılması variantını təklif etmişdi.

Mənbə: sport7.az