"Mbaye Diane getsə də, yoxluğunu hiss etmədik"

"Brügge”nin rəisi Devi Riqo klubun "Qalatasaray”dan icarəyə götürdüyü Mbaye Dianenin intizamsız davranışı haqda fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, Belçika mətbuatına danışan Riqo seneqallı hücumçunun özbaşınalıqlarından söhbət açıb:

"O, "Brügge”dən getsə də, bizimlə olmadığı müddətdə yoxluğunu hiss etmədik. Əksinə, komandada daha yaxşı mühit yarandı, hamı dərindən nəfəs aldı. Ab-havanı korlayan oyunçu kimə lazımdı ki... Diane olmayanda harda oynadığının fərqinə varan oyunçular da rahatlıq tapdı”.

Qeyd edək ki, afrikalı forvard heyətə düşmədiyi üçün ölkəsinə yollanmış, 1 ay "Brügge”nin məşqlərinə qatılmamışdı. Ancaq "Qalatasaray”ın da təzyiqlərindən sonra geri dönməyə qərar vermişdi.

Fanat.az

ƏVVƏLKİ XƏBƏR

General hərbi vəziyyət elan etməyə çağırır

SONRAKI XƏBƏR

“Çalışacam ki, bu etimadı doğruldum, elmimizi təkcə respublikada yox, dünyada tanıtdırım...”