"Yuventus"un koronavirusa yoluxmuş futbolçusu Paulo Dibala xəstəliyinin ağır gedişatı barədə məlumat verib. O, bununla bağlı “Football Italia” saytına danışıb.
Dibala bəyan edib ki, simptomlar özünü çox ciddi şəkildə göstərib:
“Çətinliklə nəfəs alırdım, cəmi beş dəqiqədən sonra artıq heç nə edə bilmirdim. Əzələlərim ağrayırdı”.
O, hazırda özünü yaxşı hiss etdiyini vurğulayıb.
Mənbə: seherxeber.org