Daha bir iranlı idmançı koronavirusa yoluxub

GünAz TV: İranın disk atma üzrə idmançısı Ehsan Həddadinin koronavirus testi müsbət çıxıb.

Yayılan məlumatlara əsasən, idmançı martın 26-dan etibarən öz evində karantinə alınıb. Onun hazırda evində müalicə aldığı bildirilir.

İranın İdman Nazirliyinin yaydığı bəyanatda isə Ehsan Həddadinin vəziyyətinin stabil olduğu və müalicənin müsbətə doğru getdiyi deyilir.

Qeyd etmək lazımdır ki, Ehsan Həddadi disk atma üzrə Asiya Çempionu və Londonda keçirilmiş Olimpia Oyunlarının gümüş medalının sahibidir.

İranda koronavirusa yoluxanlar arasında idmançılar da var. Bir neçə gün əvvəl Qum şəhərindən olan 22 yaşlı futzalist qızın sözügedən pandemiyaya yoluxma səbəbindən öldüyü barədə xəbərlər yayılmışdı.

Gunaz.tv

ƏVVƏLKİ XƏBƏR

Türkiyə Səudiyyə Ərəbistanını zəvvarlar arasında koronavirus yoluxmasını gizlətməkdə ittiham etdi

SONRAKI XƏBƏR

ABŞ Gürcüstana koronavirusla mübarizəyə 1,1 milyon dollar bağışladı