İspaniya klubunda koronavirusa yoluxanların sayı 25-ə çatdı

İspaniya klubunda koronavirusa yoluxanların sayı 25-ə çatdı

İspaniyanın "Valensiya" klubunda koronavirusa yeni yoluxma halları qeydə alınıb.

"Report" "Marca"ya istinadən xəbər verir ki, bununla da "yarasalar"dan infeksiya daşıyıcılarının sayı 25-ə çatıb.

Onlardan 10 nəfərin əsas komandanın futbolçusu olduğu bildirilir. 15 nəfər isə klubun digər əməkdaşlarıdır.

Qeyd edək ki, buna qədər La Liqa təmsilçisinin cəmi 3 üzvündə - Esekyel Qaray, Elyakim Manqala və Luis Qayada koronavirus aşkarlanmışdı.

Mənbə: report.az