Bu gün Avropada 6 oyun var

Bu gün Avropada 6 oyun var

Koronavirusa görə Avropa liqalarında futbol dayansa da, Belarusda bu gün ikinci turun matçları davam etdiriləcək.

Qol.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14.00-da “Slutsk” – “Dinamo” Brest oyunu start götürəcək. Daha sonra “Minsk” – “Dinamo” Minsk (17.00) , "Slaviya" - BATE (17.00) və “Qorodeya” – “Şaxtyor” (20.00) görüşləri keçiriləcək.

Bundan başqa, bu gün Belarus, həmçinin İsveçdə yoxlama oyunları keçiriləcək. Belarusda “Krumkaçı” – “Smorqon”, İsveçdə isə “Norrçepinq” – AİK görüşləri olacaq.

Mənbə: qol.az