Ronaldu maaşının azaldılmasına razılaşdı

Ronaldu maaşının azaldılmasına razılaşdı

İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu koronavirusla mübarizə məqsədilə məvacibinin azaldılmasına razılaşıb.

"Report" "Tuttosport" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı hücumçu hazırkı maaşından 4 milyon avro az qazanacaq.

35 yaşlı forvardla yanaşı, Turin klubunun digər futbolçuları - Canluici Buffon, Leonardo Bonuççi və Corcio Kyellini də eyni addımı atıblar.

Qeyd edək ki, Kriştianu Ronaldu 2018-ci ilin yayında İspaniya "Real Madrid"indən "Yuventus"a transfer olunub.

Mənbə: report.az