"Real" bu futbolçularla yollarını ayıracaq - SİYAHI

"Real" bu futbolçularla yollarını ayıracaq - SİYAHI

"Real" yayda minimum 4-5 futbolçu ilə yollarını ayırmaq niyyətindədi.

"Kastilya" üçün sifariş olunmuş Rodriqo Qoes də daxil olmaqla, hazırda "Real"ın heyətində 25 oyunçu var. Yeni mövsümdən etibarən Reynyer əsas komandaya qoşulacaq və 11 futbolçu icarədən qayıdacaq. Bu səbəbdən də "Real" ixtisarlara getməyi planlaşdırır.

Fanat.Az "As" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu Qaret Beyl, Hames Rodriqes, Lukas Vaskes və Mariano Diasla yollarını ayırmağa hazırdı. Rəhbərlik Naço, Marselo və Luka Modriçlə görüşdükdən sonra onların gələcəyi ilə bağlı qərar qəbul edəcək. Braim Diasa gəlincə, "Real" ispan futbolçunun icarədə oynamağa razılıq verəcəyinə ümid edir.

Martin Edeqor ("Real Sosyedad") və Əşrəf Hakimi (Dortmund "Borussiya"sı) icarədən qaytarıla bilər. Dani Sebalyos ("Arsenal") və Serxio Reqilonun ("Sevilya") klubdakı gələcəyi hələ də sual altındadı. İcarədə olan digər oyunçular ya satılacaq, ya da yenidən icarəyə göndəriləcəklər.

Fanat.Az

Mənbə: fanat.az